Beynəlxalq Mülki Müdafiə Günü münasibətilə məktəbdə şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edilib

      1 Mart – Beynəlxalq Mülki Müdafiə Günü münasibətilə məktəbdə şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edilib. Sərginin məqsədi şagirdlərin mülki müdafiə və fövqəladə hallar zamanı təhlükəsizlik qaydaları haqqında biliklərini əks etdirmək və onların bu sahəyə marağını artırmaq olub. Sərgidə şagirdlər mülki müdafiənin əhəmiyyətini, fövqəladə hallar zamanı davranış qaydalarını və təhlükəsizlik tədbirlərini əks etdirən müxtəlif rəsmlər, plakatlar və maketlər təqdim ediblər. Onların hazırladıqları əl işləri təhlükəsizlik qaydalarının mənimsənilməsinə yaradıcı yanaşmanı nümayiş etdirib. Tədbirin sonunda müəllimlər şagirdlərin fəallığını yüksək qiymətləndirib, onların bu mövzuya göstərdikləri marağın mülki müdafiə biliklərinin artırılmasına müsbət təsir göstərəcəyini vurğulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi