Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar divar qəzetləri hazırlanıb

Məktəb-liseyin 5C və 5Ç siniflərində Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar divar qəzetləri hazırlanıb. Şagirdlər Xocalı hadisələrinə dair faktları, şəkilləri və öz hisslərini ifadə edən yazıları divar qəzetlərində əks etdiriblər.
Hazırlanan divar qəzetlərinin müzakirəsi aparılıb, şagirdlər öz fikirlərini bölüşərək, faciənin tarixi və onun nəticələri haqqında geniş söhbət ediblər. Bu fəaliyyət şagirdlərin tarixi hadisələrə marağını artırmaq, milli yaddaşı qorumaq və vətənpərvərlik hisslərini gücləndirmək baxımından böyük əhəmiyyət daşıyır.