Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı anım dərsi keçirilib
Məktəb-liseyin 5A sinfində Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı Kamilə Qəhrəmanova və Xəyalə İsgəndərova tərəfindən anım dərsi keçirilib. Dərs zamanı şagirdlərə Xocalı hadisələrinin tarixi, faciənin səbəbləri və nəticələri haqqında geniş məlumat verilib. Tədbir çərçivəsində şagirdlər Xocalıya həsr olunmuş kompozisiya nümayiş etdirib, faciəyə dair videoçarx izləyiblər. Dərs boyunca şagirdlər tarixi həqiqətləri daha dərindən dərk etmək, soyqırımı qurbanlarının xatirəsini anmaq və vətənpərvərlik ruhunu gücləndirmək imkanı əldə ediblər. Belə dərslər şagirdlərdə tarixə bağlılıq, milli dəyərlərə hörmət və vətənpərvərlik ruhunun formalaşmasına mühüm töhfə verir.