Komandamız atıcılıq yarışında qalib olub

       Məktəb-liseyin 11-ci sinif şagirdlərindən ibarət komanda Qaradağ rayonu Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 233 nömrəli tam orta məktəbdə keçirilən “Atıcılıq Yarışı”nda uğurla çıxış edərək ikinci yerə layiq görülüb. Yarış “Xocalı Soyqırımı”nın 33-cü il dönümünə həsr olunub və gənclərin fiziki hazırlığını, hədəfə dəqiq atış bacarıqlarını yoxlamaqla yanaşı, onların vətənpərvərlik ruhunu daha da gücləndirmək məqsədi daşıyıb. 166 nömrəli məktəb-liseyin komandası yüksək nəticə göstərərək güclü rəqabət şəraitində mübarizə aparıb və turnirin ən yaxşı komandalarından biri olduğunu sübut edib. Bu uğur, onların intizamlı hazırlıq və komanda ruhunun göstəricisidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi