Təbiət Biliciləri – Ətraf Aləmi Kəşf Edək!

      Təbiət bizə saysız-hesabsız gözəlliklər, möcüzələr və öyrənilməmiş sirrlər bəxş edib. Onun hər bir çiçəyi, ağacı, çayı və daşı yeni bir hekayə danışır. 5C sinfi olaraq, bu ecazkar dünyanı daha yaxından tanımaq və onu qorumaq üçün “Təbiət Biliciləri” adlı maraqlı bir layihəyə başlanılıb! Təbiətə olan sevgi və marağı ifadə etmək üçün şagirdlərin çəkdiyi rəsmlər və yazıları bir araya gətirərək divar qəzeti hazırlanıb. Burada ətraf mühitin qorunması ilə bağlı vacib məlumatlar, maraqlı ekoloji faktlar və təbiət möcüzələri, şagirdlərin yazdığı məqalə və şeirlər, təbiətin rəngarəng gözəlliyini əks etdirən rəsmlər öz əksini tapıb. Bu layihə sayəsində təbiətə olan sevgi artırılıb və ətraf mühitə qarşı daha həssas yanaşma formalaşdırılıb. Şagirdlərin çəkdiyi rəsmlər və yazıları təbiətə olan duyarlılığın və biliklərin ən gözəl ifadəsi olub!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi