IELS beynəlxalq qiymətləndirmə tədqiqatı

21 yanvar tarixindən etibarən İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı (İƏİT) tərəfindən təşkil olunan Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı tədqiqatının (IELS) əsas mərhələsi başlayıb. Beynəlxalq qiymətləndirmə 18 mart tarixinə qədər davam edəcək. Bu beynəlxalq qiymətləndirmə 5 yaşlı uşaqların koqnitiv, sosial-emosional bacarıqlarını, həmçinin erkən təhsil və ev mühitinin onların inkişafına təsirini öyrənməyi hədəfləyir. Beynəlxalq qiymətləndirmə erkən yaşlarda uşaqların bacarıqlarının inkişafını dəstəkləmək üçün ölkələrin təhsil siyasətlərinin təkmilləşdirilməsinə töhfə verir. Qeyd edək ki, IELS beynəlxalq qiymətləndirmə tədqiqatında ölkəmiz ilk dəfə iştirak edir və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Tədqiqat çərçivəsində uşaqların bacarıqları dörd əsas istiqamət üzrə qiymətləndirilir:
İlkin savadlılıq
İlkin riyazi bacarıqlar
Empatiya
İcraetmə funksiyaları (inhibisiya, işlək yaddaş və zehni çeviklik)