3E sinif şagirdlərinin maraqlı test təcrübəsi

     166 nömrəli məktəb-liseyin 3E sinif şagirdləri maraqlı və faydalı bir tapşırıq yerinə yetiriblər. Onların hər biri 10 sualdan ibarət test tapşırığı hazırlayıb. Daha sonra testlər qarışdırılıb və hər bir şagird sinif yoldaşlarının hazırladığı testləri həll edib. Sonda isə hər kəs öz yazdığı testin cavablarını yoxlayıb və qiymətləndirib. Bu fəaliyyət şagirdlərə həm biliklərini möhkəmləndirmək, həm də test hazırlama və qiymətləndirmə bacarıqlarını inkişaf etdirmək imkanı verib. Eyni zamanda, onlar dostları ilə bilik mübadiləsi apararaq öyrənmə prosesini daha maraqlı və interaktiv şəkildə keçirmiş olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi