Pedaqoji Şura iclası keçirilib
Məktəb-liseydə Pedaqoji Şura iclası keçirilib. İclasda tədris prosesinin keyfiyyətinin artırılması, şagirdlərin nailiyyətlərinin təhlili, innovativ təlim metodlarının tətbiqi və qarşıda duran vəzifələr müzakirə edilib. Müəllimlər və rəhbərlik arasında fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib və gələcək fəaliyyət planları müəyyən edilib. Məktəb-liseydə keçirilən Pedaqoji Şura iclasında həmçinin məktəbin müəllimi Məmmədova Aygün Mirzəqulu qızının 50 illik yubileyi qeyd olunub. Tədbirdə yubilyarın pedaqoji fəaliyyətindən, təhsil sahəsindəki töhfələrindən və şagirdlərin inkişafına verdiyi dəstəkdən bəhs edilib. Həmkarları və rəhbərlik ona səmimi təbriklərini çatdırıb, uğurlar arzulayıblar. Sonda Aygün Məmmədovaya xatirə hədiyyələri təqdim edilib.