Zərərli vərdişlərə yox deyək!

         Məktəb-liseyin 7A sinfində “Zərərli vərdişlərə yox deyək!” şüarı altında biologiya müəllimi Natavan Umudova tərəfindən “Siqaretin insan orqanizminə təsiri” mövzusunda dəyirmi masa təşkil edilib. Şagirdlər siqaretin insanın müxtəlif orqanlarına mənfi təsiri haqqında geniş məlumat verib. Hazırlanmış maketlər, divar qəzetləri vasitəsilə siqaretin ziyanları və törətdiyi fəsadlar açıq-aşkar izah edilib. Ən sonda isə gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq üçün atılacaq addımlar müəyyən olunub. Bu vərdişlərdən ən başlıcası kimi insanların onlardan qurtulmaq üçün iradəli olması və bu amal uğrunda səy göstərmələrinin vacibliyi vurğulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi