Ümummilli liderin xatirəsi ehtiramla yad edilib

Məktəb-liseyin kitabxanasında görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə ümummilli liderin xatirəsi ehtiramla anılıb. Heydər Əliyev xalqın yaddaşına qurucu və xilaskar dövlət xadimi, əbədi xalq məhəbbəti qazanmış milli lider kimi həkk olunub.