İnsan hüquqları və təhsilin cəmiyyətdə rolu
Məktəbin psixoloqları Nuranə Səmədova və Leyla Məsimli, Uşaq Birliyi Rəhbəri Aysel Əliyeva və Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı İlahə Haqverdiyevanın təşkilatçılığı ilə VIII və IX sinif şagirdləri ilə "İnsan hüquqları və təhsilin cəmiyyətdə rolu" mövzusunda maarifləndirici görüş keçirilib. Görüş zamanı insanların malik olduqları hüquqların mahiyyətindən və onların müdafiə olunma qaydalarından, təhsilin insan həyatındakı rolundan bəhs olunub.