Yekun Pedaqoji şura iclası keçirilib
Məktəb-liseydə 2023-2024-cü ilin yekun Pedaqoji şura iclası keçirilib. 2023-2024-cü tədris ilinin yekunları, şagirdlərin sinifdən-sinfə keçirilməsi, IX-XI siniflərin buraxılış imtahanlarının, III və IV sinif şagirdlərinin monitorinq nəticələri pedoqoji kollektivlə birlikdə müzakirə edilib. Məktəbdə psixoloji işlərin və tərbiyə işlərinin təşkili, şagirdlərin uğurları, digər cari məsələlər haqqında danışılıb. Gələcək tədris ili ilə bağlı müəyyən müzakirələr aparılıb.