Son zəng tədbiri keçirilib

       Məktəb-liseydə "Son zəng" tədbiri keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri, müəllim-şagird kollektivi, valideynlər iştirak edib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zeynəb Vəliyeva rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb. Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulayıb. Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib və 2A sinif şagirdlərinin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar çıxışı ilə yekunlaşıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi