“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib
Məktəb-liseydə müəllim və şagird kollektivi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirib. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə şagirdlərin ifasında musiqi nömrələri, şeirlər səsləndirilib, 2-ci siniflərin rəqsi isə maraqlı anlarla yadda qalıb. Tədbirdə Nizami Gəncəvi yaradıcılığına da toxunulub. Şagirdlərin ifasında şairin təbiəti tərənnüm edən əsərlərindən qısa parçalar səsləndirilib. Sonda şagird, müəllim və qonaqların iştirakı ilə ağacəkmə aksiyası da keçirilib.