Diskussiya xarakterli dəyirmi masa təşkil edilib

      “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” sərəncamın icrası ilə əlaqədar start verilən “Məhəmməd Füzuli ayı” layihəsi çərçivəsində məktəb-liseyin 8-10-cu sinif şagirdləri arasında diskussiya xarakterli dəyirmi masa təşkil edilib. Dahi şairin qəzəlləri ətrafında maraqlı müzakirələr aparılıb. Layihənin məqsədi şagirdlər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdan ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi