Dəyərlərimizi qoruyaq layihəsi çərçivəsində Novruz bayramına həsr olunmuş genişmiqyaslı tədbir keçirilib

        Məktəb-liseydə "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində Novruz bayramına həsr olunmuş genişmiqyaslı tədbir keçirilib. Bahar bayramına həsr edilən kompozisiya "Novruz gəlir, yaz gəlir" adlanıb. Milli ruhda bəzədilmiş səhnədə al- əlvan geyinmiş şagirdlərin əllərindəki səməni, nərgiz gülü baharın gəlişindən xəbər verirdi. Onlar növbə ilə bahar bayramı ilə bağlı şeirlər, mahnılar ifa edib, Novruz bayramının tarixindən, su, od, yel, torpaq çərşənbələriylə bağlı adət-ənənələrdən, mərasimlərdən söz açıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi