Yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilib

       Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən start verilən “Valideyn-müəllim-şagird üçbucağı” adlı yeni sosial-media layihə çərçivəsində 3A sinfində Yel çərşənbəsinə həsr olunmuş tədbir baş tutub. Tədbirdə şagirdlər tərəfindən haxıştalar söylənilib, yumurta döyüşdürülüb, müxtəlif oyunlar keçirilib. Tədbirə gözəllik verən isə bizə baharın gəlişini xatırladan bahar qızı, Novruzun atributu olan Kosa, Keçəl obrazları olub. Daha sonra uşaqların "Görüş" filmindən bir səhnəciyi nümayiş etdirilib.

Sonda şagirdlər "Novruz yallısı" rəqsiylə tədbiri sonlandırıb.

#valideynmüəllimməktəb

#dəyərlərimiziqoruyaq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi