Qida təhlükəsizliyinə həsr olunmuş dəyirmi masa keçirilib
Məktəb-liseyin 9B sinif şagirdlərinin iştirakı ilə Kiçik Akademiyanın növbəti layihəsi olan "Qida təhlükəsizliyi"nə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbir zamanı şagirdlər qidaların saxlanma şəraiti və qaydalarını, eyni zamanda istehlakçılara qoyulan tələbləri müzakirə edib. Təcrübələr apararaq zərərli qida və içkilərin insan orqanizminə təsirlərini müəyyən ediblər.