Yaşıl dünya üçün yaşıllıqları artıraq!
BŞTİ -nin start verdiyi "Valideyn - müəllim şagird üçbucağı sosial layihəsi" çərçivəsində məktəb - liseyin 1Ç sinif şagirdlərinin valideynlərinin müxtəlif mövzularda təqdimatları dinlənilib.
Mövzu 1. İnformatika otağında təhlükəsizlik qaydalarını şagirdlərə izah edib onlara informatika otağında olan avadanlıqlarla rəftar qaydalarını valideyn 197 nömrəli məktəbin informatika müəllimi Röya Həmidova əyani şəkildə göstərib.
Mövzu 2. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu məqsədlə valideyn 149 nömrəli tam orta məktəbin biologiya müəllimi Günay Səfərli "Yaşıl dünya üçün yaşıllıqları artıraq" şüarı ilə şagirdlərə, sinif otağı üçün dibçəklərdə gül əkmək qaydalarını başa salıb, şagirdlərlə birgə gül əkərək bu yaşıllıqların insan orqanizmi üçün faydalarını, insanların əhval-ruhiyyəsini yaxşılaşdırmasını və onların sağlam, gümrah olmasına xidmət etdiyini, həmçinin böyük şəhərlərdə təmiz havanın təminatı olduğu üçün salınan yaşıllıqlar şəhərlərin "ağ ciyəri" adlandırdıqlarını izah edib.
Mövzu 3. Yurdumuza Novruz gəlir, yaz gəlir. Novruz bayramı, Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərləri arasında mühüm yer tutur. Od çərşənbəsi günündə baş tutan tədbirdə valideyn Azərbaycan dili - ədəbiyyat müəllimi Fatimə Məmmədova şagirdlərə Novruzun adət-ənənələrindən söhbət açıb, onlarla əl-işi tonqal düzəldib və yumurta boyama qaydalarını izah edərək və yumurta boyayıblarlar.