Valideynlərlə idman yarışı keçirilib

        Bakı Şəhəri üzrə Təhsil idarəsi (BŞTİ) tərəfindən başladılmış "Valideyn-müəllim-şagird üçbucağı" sosial media layihəsi və "İdman həftəsi" çərçivəsində məktəb-liseyin 1D sinfinin şagird və valideynləri müxtəlif idman oyunları və yarışları təşkil edib. 1D sinfinin müəllimi Əfsanə Kərimova və məktəbin fiziki-tərbiyə müəllimi Ülvi Qurbanov layihənin təşkilində və həyata keçirilməsində fəal iştirak edib. Məktəbin direktoru Zeynəb Vəliyeva iştirakçılara xoş sözlərini çatdırıb. O bildirib ki, valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi, effektiv ünsiyyətin qurulması üçün yeni yanaşmaların və təkliflərin irəli sürülməsi, qarşılıqlı əməkdaşlığın qurulması kimi məsələlər layihənin əsas məqsədlərindəndir. 1D sinfinin şagirdləri, valideynləri və müəllimi bu məqsədləri həyata keçirə bilmişlər. Eyni zamanda idman həftəsi çərçivəsində insan həyatında idmanın nə qədər önəmli olması şagirdlərə aşılanmışdır.

#valideynmüəllimməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi