İdman həftəsi çərçivəsində məktəb-liseydə viktorina keçirilib
İdman həftəsi çərçivəsində məktəb-liseydə viktorina keçirilib. İdman müəllimi Ülvi Qurbanov və Ələsgər Fərəclinin təşkilatçılığı ilə 8-ci siniflər arasında təşkil edilən yarış 15 sualdan ibarət olub. Şagirdlərə idmanla məşğul olmağın sağlam həyat tərzinə müsbət təsirlərindən danışılıb. Sonda qalib olan komandanın üzvləri direktor tərəfindən mükafatlandırılıb. İdmanla bağlı yarışların keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliğindən ibarətdir.