Cabir Novruzun yaradıcılığı mövzusunda dəyirmi masa təşkil edilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən start verilən “Valideyn-müəllim-şagird üçbucağı” adlı yeni sosial media layihəsi əsasında "Cabir Novruzun yaradıcılığı" mövzusunda dəyirmi masa təşkil edilib.
Layihəyə əsasən valideynlər də öz uşaqları ilə birgə şeirlər səsləndirib. Layihənin həyata keçirilməsində məqsəd - valideynləri məktəb həyatına cəlb etmək, mütəmadi olaraq məktəbin ictimai işlərində iştirakını təmin etmək, övladlarının təhsilində sahiblik hissini inkişaf etdirməklə ev və məktəb arasındakı tərəfdaşlığı gücləndirməkdən ibarət olub.