Valideynlərin iştirakı ilə açıq dərs keçirilib
Məktəb-liseydə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən start verilən “Valideyn-müəllim-şagird üçbucağı” adlı yeni sosial media layihəsi çərçivəsində işlər davam edir. 4D sinfində valideynlərin də iştirakı ilə araşdırma və təqdimatlar edilib. Qruplar şəklində ən uzun çay, ən hündür dağ, ən hündür şəlalə və ən böyük göl haqqında araşdırmalar çox maraqlı formada təqdim olunub. Təqdimatlar məktəb-liseyin kitabxanasında davam edib.