Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Məktəb-liseyin 4C sinfində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocalı həqiqətlərindən danışan sinif rəhbəri Elnarə Quliyeva bu hadisəyə hüquqi-siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin rolunu, dünyada tanıdılmasında isə Prezident İlham Əliyevin xüsusi xidmətlərini vurğulayıb. Diqqətə çatdırıb ki, dövlət suverenliyi bütün ölkə ərazisində bərqərar edilib. Tədbir şagirdlərin şeirləri, Xocalı soyqırımı haqqında topladıqları məlumatların təqdimatı ilə davam edib, ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.