Monitorinq təşkil edilib
Fevralın 19-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 9-cu və 8-ci siniflərdə təlim dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirilib. Monitorinqin keçirilməsində məqsəd 8-ci siniflərdə müvafiq fənlər üzrə şagirdlərin bilik səviyyəsinin, 9-cu siniflərdə isə buraxılış imtahanlarına hazırlıq vəziyyətinin müəyyənləşdirilməsidir.