Növbəti "Açıq qapı" günündən

          Məktəb-liseydə növbəti “Açıq qapı” günü təşkil edilib. “Açıq qapı” günlərinin təşkil olunmasında məqsəd müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir. “Açıq qapı” günləri çərçivəsində valideynlər məktəb mühiti ilə daha yaxından tanış olurlar. Məktəb rəhbərliyi və müəllimlərlə görüş zamanı valideynlərə məktəblərin fəaliyyəti və tədris prosesi barədə ətraflı məlumat verilir. Valideynlərin tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələr ilə bağlı rəyləri, təklifləri dinlənilir və səmərəli fikir mübadiləsi aparılır. Valideynlər övladlarının məktəbin əmlakı və şəxsi əşyalarına qayğı ilə əlaqədar qayda, ümumtəhsil müəssisəsinə gətirilməsi və istifadəsi qadağan olunan əşyalarla bağlı məlumatla da tanış edilib. Onlara övladlarının geyim də daxil olmaqla özünün və başqalarının əşyalarının, məktəb avadanlıqlarının qeydinə qalmaq, təhsil müəssisəsinə kəsici və deşici alətlər, təhlükəli, zəhərli və zərərli maddələr gətirilməməsi kimi qaydalarla bağlı məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi