Pedaqoji Şuranın növbəti iclası keçirilib
Məktəb-liseydə 30 yanvar 2024-cü il tarixdə növbəti Pedaqoji şura iclası keçirilib.
- Pedaqoji şura qərarlarına aşağıdakı məsələlər salındı:
- təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi, məktəb psixoloqunun onlarla apardığı işin gücləndirilməsi;
- ümumi təhsil müəssisələrində təhlükəsizliyi təmin etmək üçün nəzarətin, mühafizə işinin (kənar şəxslərin ümumi təhsil müəssisəsinə buraxılmaması), növbətçiliyin gücləndirilməsi;
- şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi;
- müəllimlər və şagirdlərlə psixoloji maaarifləndirmə işinin gücləndirilməsi;
- ümumi təhsil müəssisələrində valideynlərlə işin artırılması;
- sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması;
- müvafiq dövlət qurumları ilə birlikdə təhlükə doğuracaq halların qarşısının əvvəlcədən alınması ilə bağlı şagird və valideynlərin maarifləndirilməsi işinin təşkili;
- fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərin keçirilməsi;
- etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirlərinin tətbiq olunması.
Pedaqoji şurada qəbul edilmiş qərarlara uyğun məsul əməkdaşlar müəyyənləşdirildi və qərarların icrası ilə bağlı hesabatlılıq təmin edildi.