Müəllimlərlə müzakirələr aparılıb
Məktəb-liseydə müəllimlərlə keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təlimdə keyfiyyətin artırılmasının üsul və formaları, valideynlərlə işin qurulması, tərbiyə işinin təşkilində qarşıya çıxan problemlərin həlli və digər müvafiq məsələlər ətrafında müzakirələr aparılıb. I yarımil üzrə keçiriləcək Böyük Summativ Qiymətləndirmə vasitələrinin səviyyələr üzrə hazırlanması, müvafiq komissiyanın yaradılması ilə bağlı da göstərişlər verilib.