Müəllimlərarası breyn-rinq yarışı keçirilib

        Məktəb-liseydə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə müəllimlərarası “Breyn-rinq” intellektual yarış keçirilib. Püşkatma yoluyla hər birində 6 nəfər olmaqla 7 komanda yaradılıb. 1-ci SEÇMƏ turda 20 sualdan ən çoxuna cavab verən 4 komanda seçilib və yarımfinal turuna keçib. 2-ci YARIMFİNAL turu 4 komanda arasında keçirilərək, burdan da 2 komanda növbəti tura keçmə şansı qazanıb. 3-cü SUPER FİNAL turu isə finala çıxan 2 komanda arasında baş tutub. Sonda “Dəmir yumruq” komandası qalib olub, komanda üzvləri diplom və hədiyyələrlə mükafatlandırılıb. İntellektual oyunun keçirilməsində əsas məqsəd - “Gəlin həmişə həmrəy olaq” devizi ilə birlik olmaq, həmrəy olmaq olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi