Həmrəylik yarışı adlı intellektual tipli yarışma keçirilib
Məktəb-liseydə 4-cü siniflər arasında “Həmrəylik yarışı“ adlı intellektual tipli yarışma keçirilib. Yarışmanın keçirilməsində məqsəd - qalib olmaq yox, şagirdlərin həmrəyliyi olub. Yarış 4 mərhələ üzrə 3 komanda “Həmrəylik komandası”, “Zirvə komandası”, “Zəfər komandası” arasında keçirilməklə cəmi 15 sualdan ibarət olub. Yarışmalararası bədii hissələr -şeirlər, mahnılar səsləndirilib. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunmasının məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb və “Bizim Heydər babamız” mahnısı şagirdlər tərəfindən ifa olunub. 4 mərhələnin sonunda ballar hesablanaraq qalib elan olunub. “Zəfər komandası” 13 xalla 1-ci yerin sahibi olub. Sonda şagirdlər bir-birini təbrik edib və həmrəy olaraq “Yaşa Azərbaycan” mahnısını səsləndirib.