Buxar əmələgəlmə və kondensasiya mövzusunda açıq dərs
Riyaziyyat-fizika və informatika aylığı çərçivəsində məktəb-liseyin fizika müəllimi Gülər İsmayılovanın 08.12.2023-cü il tarixində 8a sinfində "Buxar əmələgəlmə və kondensasiya" mövzusunda açıq dərsi keçirilib. Dərsin forması bütün siniflə və fərdi formada təşkil olunub. Buxar əmələgəlmə, kondensasiya, sublimasiya, desublimasiyaya adı slaydlar və sadə təcrübələr təqdim olunub. Şagirdlər buxarlanmanın sürətinin nədən asılı olduğunu və buxarlanma zamanı mayenin temperaturunun necə dəyişdiyini təcrübə əsasında müəyyən edib.
Dərs mərhələləri gözləmək şərti ilə vaxtında bitirilib. Sonda isə dərsdə şagirdlər yeni mövzunu mənimsəmə qabiliyyətlərinə görə qiymətləndirilib.