Məclisi-üns adlı tədbir keçirilib
Məktəb-liseydə Azərbaycan dili və ədəbiyyat aylığına Xurşidbanu Natəvana həsr olunmuş "Məclisi-üns" adlı tədbirlə yekun vurulub. Məktəb rəhbərliyinin, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin, şagirdlərin fəal iştirakı ilə keçirilən tədbirdə Xan qızının həyat və fəaliyyətinə, yaradıcılıq yoluna nəzər salınıb. Qarabağda təşkil olunmuş "Məclisi-üns" əbəbi məclisinin XIX əsr ədəbiyyat tariximizdəki əhəmiyyətindən bəhs edilib. Tədbirdə Xurşidbanu Natəvanın qəzəllərindən nümunələr səsləndirilib. Şagirdlər xalq mahnıları oxuyublar, milli musiqi alətlərində ifa ediblər. Sonda isə şeir müsabiqəsi qalibləri diplomla təltif edilib.