Fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbiri keçirilib

      Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə 166 nömrəli məktəb-liseyin rəhbər heyəti, müəllim və şagird kollektivi üçün fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbiri keçirilib.

Layihənin həyata keçirilməsində məqsəd suda boğulma, yanğın, dəm qazı, digər fövqəladə hallar zamanı davranış qaydalarına dair bilik və bacarıqların təkmilləşdirilməsi, bu istiqamətdə maarifləndirmə prosesinin fasiləsizliyinin təmin edilməsidir.

Çıxış edən Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nizami Fərəcov layihənin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə maarifləndirici görüşlərin keçirilməsinin vacibliyini bildirib. O, qeyd edib ki, təhsilalan və təhsilverənlərin yarana biləcək fövqəladə hallara hazır olması, lazımi davranış qaydalarına dair vərdiş və biliklərə yiyələnməsi vacibdir. Ardınca məktəb-liseyin hərbi hazırlıq rəhbəri Afəddin Ağayev tərəfindən suda boğulma, yanğın və dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib, sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, həmçinin maarifləndirici videoçarxlar, səhnəciklər nümayiş olunub. Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin əməkdaşı Rövşən Ağayev, Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Qılman Eyvazov, Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Günay Qurbanova, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin böyük inspektoru daxili baş-leytenantı Fərid İlhamoğlu da çıxış edərək tədbir iştirakçılarına fövqəladə hallarla bağlı zəruri məlumatlar verib. Çıxışlardan sonra məktəbin müəllim və şagird heyətinə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, qurumları barədə sənədli film və dəm qazı ilə bağlı videoçarx da nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi