II Fəxri Xiyaban və Hərbi Qənimətlər Parkı ziyarət edilib

        Məktəb-liseyin 3A sinif şagirdləri 8 Noyabr - Zəfər Günü münasibəti ilə II Fəxri Xiyaban və Hərbi Qənimətlər Parkını ziyarət edib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və məzarları üzərində gül dəstələri düzülüb. Şagirdlərə 44 günlük Vətən Müharibəsi haqqında məlumat verilib. Şagirdlər də öz növbəsində Zəfər Gününə həsr olunmuş şeirlər səsləndirib. Sonrasında Qaradağ rayonunda yerləşən Şəhidlər xiyabanı da ziyarət edilərək məktəb-liseyin məzunu, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 noyabr tarixli 3573 nömrəli sərəncamı ilə  “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “ Vətən xidmətə görə” ordeni ilə təltif edilmiş  Quliyev Fərid Vahid oğlunun məzarına baş çəkilib.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi