Zəfər Günü ilə bağlı tədbir təşkil olunub

        Məktəb-liseyin 2D sinfində 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir təşkil olunub. Tədbirdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Zeynəb Vəliyeva  Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verib. Qeyd edilib ki, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. Tədbir şagirdlərin hazırladıqları şeir və mahnı kompozisiyalarının tədbir iştirakçılarına nümayişi ilə davam edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi