Oxu texnikası yoxlanılıb

        İbtidai siniflərdə oxunun müxtəlif növlərindən istifadə etmək, şagirdlərdə düzgün, sürətli və ifadəli oxu vərdişləri yaratmaqla onun şüurluluğuna da təsir göstərir. İbtidai siniflərdə oxu texnikasının yoxlanılması məqsədilə məktəb-liseyin 3 və 4-cü sinifləri arasında oxu texnikası üzrə monitorinqlər keçirilib. Şagirdlərin sürətli, şüurlu, ifadəli oxu bacarıqları yoxlanılıb. Oxu texnikasının yoxlanılması zamanı şagirdlərin bir dəqiqə ərzində oxuduqları sözlərin sayına və oxunuş qaydasına (sürətli, düzgün) diqqət yetirilib. Ayrı-ayrı siniflərdə aparılan yoxlama zamanı məlum olub ki, şagirdlər I yarımil üçün göstərilən normalara uyğun oxu texnikasına yiyələniblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi