Beynəlxalq Məktəb Kitabxanaları Günü
1999-cu ildən etibarən UNESCO-nun təşəbbüsü ilə Beynəlxalq Məktəb Kitabxanaları Günü təsis edilib. Bu günlə əlaqədar olaraq məktəb-liseyin kitabxanasında kitabxana müdiri Nailə Mustafayeva, kitabxanaçı Günel Quliyevanın təşəbbüsü və 4ç sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə şagirdlər kitabla bağlı müxtəlif şeirlər söyləyərək, kitab və kitabxana haqqında maraqlı məlumatlar səsləndirib. Tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliəyə diqqətinin artırılması, şagirdlərdə oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Kitabxana müdiri bu günün əhəmiyyətindən bəhs edərək, kitabxanaların elmin, təhsilin, mədəniyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb.