Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

       Qaradağ Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin 100 illiyinə” həsr olunmuş tədbir keçirilib. Məktəb-liseydən şagirdlərin ifasında mahnılar hər kəsin diqqətini cəlb edib, söylənən şeirlər hamının qəlbini fəth edib. Tədbirdə Heydər Əliyevlə bağlı rəsm əsərlərinin sərgisi də baş tutub. İştirak edənlərdən YAP Qaradağ Rayon təşkilatının sədri Qafar Əliyev məktəblilərə müasir Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin zəngin və mənalı ömür yolu, böyük dövlətçilik fəaliyyəti barədə geniş məlumatlar verib. Çıxış edənlər sırasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Qaradağ Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov da olub.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi