Anım Gününə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib
Məktəb-liseyin azərbaycan dili və ədəbiyyat müəllimi Nəsirova Sahibə tərəfindən 8-ci sinif şagirdləri arasında “Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu!” adlı inşa yazı müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin istedad və yaradıcılıq potensialının inkişaf etdirilməsi ilə yanaşı Vətənə sevgi və məhəbbət hisslərinin aşılanması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təmin edilməsidir.