Bilik Günü qeyd edilib

        Məktəb-liseydə 15 Sentyabr – Bilik Günü qeyd edilib. Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi yad edilib. Məktəb-liseyin direktoru Zeynəb Vəliyeva yeni tədris ilinin başlaması münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb. Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlardan bəhs olunub. Ən yüksək bal 652.8 balla Cahan Tarverdiyevaya məxsusdur. O, Bakı Dövlət Universitetinin hüquqşunaslıq fakultəsinə daxil olub. Ali məktəbə qəbul olanlar siyahısında Respublika Fənn Olimpiadası qalibi, qızıl medal mükafatçısı Aqil Əlpaşayev də var. O, müsabiqədənkənar Prezident yanında Dövlət İdarəçilik Akademiyasının politologiya ixtisası üzrə təhsil alacaq. Tədbirin davamında şagirdlərin hazırladıqları bədii kompozisiyalar, şerlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayiət olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi