Yüksək nəticə göstərən məzunlarımız

         Prezident İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır, uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfələrini verməkdədir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirlərini göstərir. Bundan başqa Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər misilsizdir. Hər il məktəb-lisey üzrə ali məktəblərə qəbul olan, 600-dən çox bal toplamış, tələbə adını qazanan məzunların sayının artmasını dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir. Tədris prosesində gənclərimiz ən qabaqcıl texnologiyalardan, distant təhsil imkanlarından istifadə edirlər.

        2022/2023-cü tədris ilində ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar sırasında Respublika Fənn Olimpiadası qalibi, qızıl medal mükafatının sahibi, müsabiqədənkənar universitetə qəbul olmuş Aqil Əlpaşayev də var. Məktəb-lisey üzrə ən yüksək bal toplayan məzun isə Cahan Tarverdiyevadır (652.8).

        Qəbul imtahanlarında yüksək nəticə göstərən məzunları, onların valideynlərini və müəllimlərini təbrik edirik. Daha ətraflı ...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi