Şəhidimizin xatirəsinə həsr olunmuş tədbir keçirilib

         Məktəb-liseydə Uşaq birliyi təşkilatı rəhbəri Qızılgül Cəfərovanın təşkilatçılığı ilə məktəb-liseyin məzunu olmuş şəhid Fərid Quliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Dövlət himni səsləndikdən sonra şəhidimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhidin xatirəsini əbədiləşdirən guşəyə baxılıb, şagirdlərin hazırladığı kompozisiyaya tamaşa edilib. Tədbirə dəvət edilən Esmira Günəş kitabını imzalayaraq öz çıxışı zamanı şəhidin anası Vüsalə xanıma təqdim edib. Tədbir şairənin şəhidlərə həsr etdiyi şeirlərin, səhnəciklərin və vətənpərvərlik haqqında musiqilərin ahəngi ilə davam edib. Tədbirdə çıxış edən direktor Zeynəb Vəliyeva Fərid Quliyevin qəhrəmanlığı haqqında danışıb, onun könüllərimizdə əbədiyaşar olduğunu qeyd edib, ailəsinə səbr diləyib. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi