Heydər Əliyevin məzarı ziyarət edilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbirlər ərəfəsində məktəb-liseyin 2ç sinif şagirdləri Fəxri Xiyabanı ziyarət edərək Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Şagirdlərimiz Heydər Əliyevin məzarını ziyarət edərək gül dəstələri qoyublar. Ekskursiya zamanı sinif rəhbəri Şəkər Abbasova şagirdlərə dahi liderimizin həyat və fəaliyyəti, Azərbaycan xalqı üçün etdiyi əvəzolunmaz xidmətləri barədə geniş məlumat verib.