Heydər Əliyev ilinə həsr olunmuş şeir müsabiqəsi keçirilib

        “Heydər Əliyev ili” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən məktəb-liseyin ibtidai sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəb-liseyin direktoru Zeynəb Vəliyeva giriş nitqində bildirib ki, müsabiqənin keçirilməsində məqsəd müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, qüdrətli dövlət xadimi Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunmasında, Vətənimiz və xalqımız qarşısında misilsiz xidmətlərini gənclərə aşılamaq, habelə onların asudə vaxtlarını səmərəli təşkil etmək və istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir. Müsabiqədə Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndirilib. Müsabiqə iştirakçılarının söylədiyi şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqədə qalib gələn şagirdlər fəxri fərmanlarla təltif ediliblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi