Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib

        Məktəb-liseydə Uşaq birliyi təşkilatı rəhbəri Qızılgül Cəfərovanın təşəbbüsü ilə “Aprel döyüşləri”nin ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edilib, vətənpərvərlik ruhunda mahnılar səsləndirilib. Tədbirə dəvət edilmiş qonaqlar içərisində bir vaxtlar məktəbin məzunu olmuş qazi Elmir Abbaszadə də olub. O keçdiyi döyüş yolundan söhbət açaraq öz xatirələrini şagirdlərlə bölüşüb. Sonda məktəb-liseyin direktoru Zeynəb Vəliyeva çıxış edərək Aprel şəhidlərinin igidliyini tarixi qəhrəmanlıq adlandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi