Ustad dərsləri təşkil olunub

        Məktəb-liseydə idman müəllimi Ülvi Qurbanov tərəfindən yeniyetmələrin iştirakı ilə sərbəst güləş idman növü üzrə ustad dərsləri təşkil olunub. Ülvi Qurbanov - 44 günlük Vətən müharibəsində iştirak edərək Şuşaya qədər döyüş yolu keçən qazimizdir. Uşaq yaşlarından karate və güləş idman növləri ilə məşğul olan Ülvi Qurbanov bir sıra ölkədaxili və beynəlxalq yarışlarda parlaq qələbələrə imza atıb. 2007-ci ildə keçirilən karate üzrə Dünya çempionatında bürünc, 2008-ci ildə Avropa çempionatında gümüş medala layiq görülüb, 2012-ci ildə isə güləş üzrə Avropa çempionu olub. Dərslər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman Həftəsi” çərçivəsində planlaşdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi