İdman viktorinası
İdman həftəsi çərçivəsində məktəb-liseydə viktorina keçirilib. İdman müəllimi Ülvi Qurbanovun təşkilatçılığı ilə 7-ci siniflər arasında təşkil edilən yarışda 7a sinfindən Çempionlar komandası qalib gəlib. 15 sualdan ibarət yarışda şagirdlərimizin məzun idmançılarla görüşü də baş tutub. Şagirdlərə idmanla məşğul olmağın sağlam həyat tərzinə müsbət təsirlərindən danışılıb. Sonda qalib olan komandanın üzvləri direktor tərəfindən mükafatlandırılıb. İdmanla bağlı yarışların keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliğindən ibarətdir.