Pedaqoji Şuranın növbəti iclası keçirilib
31.01.2023-cü il tarixində məktəb-liseyin Fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirilib. Direktor Zeynəb Vəliyevanın çıxışı ilə başlayan iclasda əsas məsələlər aşağıdakılardan ibarət olub:
1. Fənn aylığı çərçivəsində görülən işlər, fənn metodbirləşmə rəhbərlərinin hesabatlarının dinlənilməsi
2. Monitorinq nəticələrinin təhlili
3. Cari məsələlər
İclasda I yarımilin yekun nəticələri də müzakirə edilib.