20 Yanvar- mübarizliyin, əyilməzliyin və məğrurluğun nümayişi

            Məktəb-liseyin tarix müəllimləri və 8-ci sinif şagirdlərinin iştirakı ilə "20 Yanvar- mübarizliyin, əyilməzliyin və məğrurluğun nümayişi" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə ilk olaraq 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Müəllimlər, şagirdlər qan yaddaşımız və qürur mənbəyimiz olan bu tarixlə bağlı məlumatlar verib. Şagirdlər şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirib, çıxışları zamanı 20 Yanvar gecəsinin Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsinə qalxmasının əyani nümayişi olduğunu vurğulayıblar. 20 Yanvar şəhidlərinin Azərbaycan tarixinə parlaq səhifələr yazaraq xalqın milli azadlığı naminə öz canlarını qurban verməsini qürurla qeyd ediblər. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi