İstilik mühərrikləri və ətraf mühitin mühafizəsi
Məktəb-liseyin 8b sinfində "İstilik mühərrikləri və ətraf mühitin mühafizəsi" mövzusunda açıq ders keçirilib. Nərmin Quliyeva - Benzinlə işləyən avtomobillər və onların ətraf mühitə ziyanı, Nazlı Musayeva - Dizel mühərriki və üstünlükləri, Nihad Əzizov - Reaktiv mühərrik, Salatın Qocayeva - Buxar turbini, Kənan Musayev - Avtomobillərdə katalizatorun rolu, Altun Əlizadə - elektriklə işləyən avtomobillərin üstünlükləri, Yusif Zəngilanın Ağalı kəndində Ağıllı kənd layihəsi və ətraf mühit haqqında təqdimatlar edib. Kənan Güləliyev - Günəş batareyaları haqqında ətraflı məlumat verib.
Dərsin keçirilməsində məqsəd - istilik mühərriklərinin ekoloji təsirlərini öyrənmək, ətraf mühitə verdiyi ziyanı azaltmaq yollarını araşdırmaq olub.